5 ən faydalı bitki çayı

Bu platformada sizə müxtəlif bitki çayı barədə məlumatlar verəcəyik. Çay dəstgahı biz azərbaycanlıların qədim və vaz keçilməz ənənəsidir. Bu ənənəni daha faydalı hala gətirə bilərsiniz. Bunun üçün müəyyən vaxtlarda qara çayı, bu sadaladığımız bitki çayı ilə əvəzləməyi tövsiyyə edirik.

– Nanə çayı.

Sakitləşdirir, stresi azaldır, baş, qarın, menstruasiya ağrılarını azaldır, köpdən azad edir, damarları genişləndirir. Nanə, ətir və dadı ilə fərqli bir ləzzət qatmaq üçün salatlara və yeməklərə quru və ya təzə əlavə edilə bilər. Həmçinin nanə çayı həzmi asanlaşdırmaq üçün yeməkdən sonra içilə bilər. Nanədən alınan nanə yağı da müxtəlif məqsədlər üçün istifadə olunur. Yarpaqlardan hazırlanan nanə çayı sakitlik verir. Nanə suyunda bir az sirkə əlavə edilərsə və içilərsə, daxili qanaxmanın dayandırılmasına kömək edir.

– Zirinc çayı.

İltihabı azaldır, mikrobları öldürür, arterial təzyiqi və şəkəri aşağı salır, immun sitemini möhkəmləndirir, iştahanı artırır. Kulinariyada zirincdən müxtəlif kompotların, içkilərin hazırlanması zamanı istifadə edilir. Zirincdən mürəbbələr, şirələr, jelelər, siroplar hazırlanır. Zirinc ət yeməklərinin bəzədilməsi məqsədilə də işlənilir.

– İtburnu çayı.

İmmuniteti möhkəmləndirir, güclü iltihabəleyhinə təsirə malikdir, sidik kisəsini və sidik yollarını təmizləyir və iltihabı azaldır. Həmçinin təzyiqi aşağı salır, damarları təmizləyir və möhkəmləndirir.

– Kəkliotu çayı.

faydalı bitki çayı

Mədə-bağırsaq sistemini şlaklardan, toksinlərdən təmizləyir, qurdları öldürür, bəlgəmgətirici təsirə malikdir, orqanizmi tonuslaşdırır, stresi azaldır. Kişilərdə potensiyanı gücləndirir. Kəkliotu barədə daha ətraflı bu məqaləni də oxuya bilərsiniz.

– Çobanyastığı çayı.

Sakitləşdirir, bağırsaqları təmizləyir, bağırsaqlarda iltihabı azaldır, immuniteti gücləndirir, soyuqdəymə və qrip zamanı faydalıdır. Menstruasiya zamanı ağırıları azalıdır.

Bitki çayı dəmləmə qaydası

Bu çayları hazırlamaq üçün 1 çay qaşığı bitki 1 fincan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir.

İtburnu çayı hazırlamaq üçün 1 xörək qaşığı itburnu əzilir, termosda 1 stəkan suda 1 saat ərzində dəmlənilir, 2-3 dəfə yaxşı süzülür və adi çay kimi içilir.

Zövqə görə çaya bal, limon əlavə etmək olar. Gələcəkdə müxtəlif faydalı bitki çayı barədə məqalələr yenə yazacayıq.

Bu məhsulları sifariş vermək üçün əlaqə nömrəmiz!

Qaynaq.

Leave a Comment

Your email address will not be published.