Ən çox satılan mallar

Ən çox satılan mallar (Azərbaycan)

Biznes qurmaq istəyən insan üçün əsas sual ən çox satılan mallar haqqında olur. 2019-cu ildə Azərbaycanda istehsal olunan məhsullar arasında hansının daha çox, hansının isə daha az satıldığı  məlum olub.

Satılmayan mallar

Bu il 39,6 min kv.m dəridən hazırlanan məhsul  istehsal olunub. Bu ötən illə müqayisədə  96,4% çoxdur.  Nəticədə  anbarda 140 min kv.m qalıq yaranıb.

Cari ilin yanvar-avqust aylarında 13,4 min ton sürtkü yağları istehsal olunub.  Artım 15,5% olub. Nəticədə də 10,9 min ton anbarda artıq məhsul qalıb.

Bu ilin yanvar-avqust aylarında 15 654,9 ton lak-boya məmulatları istehsal olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə  181,9% çoxdur ki, son nəticədə anbarda 1 628,1 ton qalıq yaranıb.

2019-cu ilin yanvar-avqust aylarında 200,8 min ton armatur istehsal olunub ki, bunun da  5,5 min tonu anbarda qalıb. Qeyd edək ki, ötən ilin eynid övrü ilə müqayisədə bu il armatur istehsalında 94,4% artım olub.

Ötən ilin yanvar-avqust ayı ilə müqayisədə bu il 96,5% daha çox(6 640,8 ton) bərk polietilen borular, borucuqlar, şlanqlar, qollar istehsal olunub. Nəticədə 3 977,4 ton qalıq yaranıb.

Butullar, butulkalar və tutumu 2 litrdən çox olmayan  oxşar  plastik məmulatlardan bu il 9 841,0 min ədəd çox istehsal olunub. Nəticədə anbarda 3 970,2 ədəd qalıq yaranıb.

Ən çox satılan mallar

Tərkibində digər antibiotiklər olan, pərakəndə satış üçün qablaşdırılan dərmanlara gəlincə isə hesabat dövründə 27,4 min manatlıq dərman istehsal olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 63.3% çoxdur. Nəticədə də anbarda  15,7 min manatlıq qalıq yaranıb.

Bu il ölkədə 863 ədəd traktor istehsal olunub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 88.3% çoxdur. Nəticədə anbarda 364 ədəd traktor alıb.

Minik avtomobillərinə gəlincə isə cari ilin yanvar-avqust aylarında 1 496 ədəd minik avtomobili isteh olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.8% çoxdur. Lakin istehsalın artması nəticəsində anbarda 227 ədəd qalıb.

Həmçinin anbarda qalan mallar arasında  fermentləşdirilmiş tütün məhsulu da olub.

Azərbaycanda ən az satılan mallar arasında yerli xalça istehsalı da var.

Ən çox satılan mallar

Məlumata görə, bu ilin yanvar-avqust aylarında satılmayan mallar arasında, anbarda heç bir ədəd qalmayan məhsullar da var. Bunlar aşağıdakılardır.

Ət (quş əti daxil olmaqla),  213,2 min ton məhsul istehsal olunub.  Ötən illə müqayisədə  102,7% artım olub. Anbarda bu məhsuldan qalmayıb.  

Bu il 630,2 min ton üzlü süd, istehsal olunub ki, bu da ötən illə müqayisədə 102,8% çoxdur. Artimin yüz faizdən çox olmasına baxmayaraq anbarda qalıq məhsul qalmayıb.

Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu il 121,7% 3 857,6 ton daha çox qaymaq və xama istehsal olunub.

Anbarda qalmayan digər bir məhsul isə marqarindir. Belə ki, bu il ölkədə 28 426,3 ton marqarin istehsal olunub ki, bu da pötən ilin eyni dövrü ilə müqayisədə 91,4% çoxdur.

Ötən illə müqayisədə isə ölkədə çörək istehsalı 101,7% artaraq 837,6 min tona çatıb.

Azərbaycanda istehsal olunan və anbarlarda qalmayan qida məhsullarından başqa neft-kimya, polad borular və elektrik enerjisi olub.

Belə ki, bu il ölkədə istehsal olunan neft kimya məhsulu 121.9% artaraq 184,6 min ton olub. Polad boruların istehsalı isə 62,5% artaraq  22,2 min ton olub. Elektrik enerjisi, istehsalında isə 105,7% artım olub ki, bu da 16 403,1 milyon kVt- saat elektrik enerjisi deməkdir.

Saytımızda ot çayları barədə də geniş məlumat əldə edə bilərsiniz.

Qaynaq.

Leave a Comment

Your email address will not be published.