Qızılgül çayının faydaları

Qızılgül çayının faydaları barədə ən yaxşı evlərimizin sultanları analar və əsasən ofis stresində yorulmuş insanlar bilirlər. Bir çox analar məhz axşamlar uşaqlarını şirin yuxuya verəndən sonra, yarıqaranlıq mətbəxdə ətirli çay içməklə ötən günün yorğunluğunu və stressini çıxardıqlarını etiraf edirlər. Əksər qadınların favoriti olan qızılgül görünüşü və ətri ilə zövqləri oxşamasından əlavə, ləçəklərindən və ya qönçələrindən hazırlanan çayın faydaları ilə də hərkəsi təəccübləndirə bilər.

Alimlər qeyd edirlər ki, bir fincan qızılgül qönçəsi çayının tərkibində olan Vitamin C-nin miqdarı, 60 portağalın tərkibində olan miqdara bərabərdir. Qızılgül çayının tibbə məlum olan aşağıdakı faydaları var:

qızılgül çayının faydaları
  • – Bədəndən toksinləri yuyub xaric edir.
  • – Bədənə sərinləşdirici effekt verir.
  • – Ağrıyan boğaz, axan burun və tutulmuş bronxlar kimi narahatlıqları aradan qaldırır.
  • – İnfeksiyalarla mübarizə aparır.
  • – Bağırsaqlarda faydalı bakteriyaların miqdarını bərpa edir.
  • – Böyrəklər vasitəsilə zərərli maddələrin yuyulmasını təmin edir.
  • – İshal, qəbizlik və digər mədə-bağırsaq narahatlıqlarına qarşı effektivdir.
  • – Qaraciyər problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərir.
  • – Ödün yuyulmasını təmin edir.
  • – Menstrual sancıların azalmasına yardım edir.
  • – Əhval yüksəldici xassəyə malik olduğundan yuxusuzluq, depressiya və yorğunluğun aradan qaldırılmasında faydalıdır.

Müalicəvi reseptlər:

1. 1/2 stəkan qızılgül ləçəklərinin üzərinə stəkanın yuxarısına qədər isti su tökün. 30 dəqiqə dəmləyin və bu dəmləməni gün ərzində kiçik qurtumlarla için. Bu dəmləmə ürək, sinir sistemi xəstəlikləri zamanı çox faydalıdır, həzm sisteminə antiseptik təsir göstərir. Angina, stomatit, damaq iltihabları zamanı bu dəmləmə ilə qarqara edin.

2. Nevroz, stress, depressiya zamanı qızılgül yağı əlavə olunmuş vannalar çox faydalıdır.

3. Kosmetologiyada qızılgül losyonları, maskaları və s. geniş istifadə olunur. Ev şəraitində də belə losyon hazırlamaq olar. 1/2 stəkan qızılgül ləçəklərinin üzərinə stəkanın yuxarısına qədər araq tökün və 10 gün  sərin qaranlıq yerdə saxlayın. Sonra losyonu süzün. Belə losyon dərini təmizləyir, dərinin yağlılığını azaldır, rəngini yaxşılaşdırır.

4. Qızılgül çayı çox faydalı müalicəvi və profilaktik vasitədir. İmmun sistemini, ürəyi möhkəmləndirir, sakitləşdirir, iltihabları azaldır. 1 xörək qaşığı təzə və ya 1 çay qaşığı quru qızılgül yarpaqları 1 stəkan isti suda dəmlənilir və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar.

Qızılgül çayı sifariş eləmək üçün bizimlə əlaqə saxlayın.

Qaynaq.

Leave a Comment

Your email address will not be published.